Avakov separatçılara tələb qoydu

Avakov separatçılara tələb qoydu
  02 May 2014    Oxunub:1270
Ukraynanın cənub-şərqində federallaşma tərəfdarlarına qarşı keçirilən əməliyyatlar zonasında olan ölkənin daxili işlər naziri Arsen Avakov separatçılara qarşı tələblər irəli sürüb.
AzVision.az Rusiya Kİv-nə istinadən verdiyi məlumata görə, Avakov separatçılardan silahları yerə qoymağa, bütün saxlanılan şəxsləri azad etməyi və administrativ binaları tərk etməyi tələb edib.

“Biz etirazçılar və onların nümayəndələri ilə danışıqlar aparmağa hazırıq” – deyə, Avakov bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukrayna hərbçiləri Donetsk vilayətinin Slavyansk şəhərində aviasiya və zirehli texnikanın tətbiqi ilə genişmiqyaslı əməliyyatlara başlayıb.Hadisə nəticəsində ölənlər var.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti