İtkin düşən Qazax sakininin meyiti ailəsinə verilib

İtkin düşən Qazax sakininin meyiti ailəsinə verilib
  08 Aprel 2013    Oxunub:1181
Aprelin 2-dən Ermənistanla sərhəddə itkin düşmüş Qazax rayon sakini Sabir Kərimovun meyiti minaya düşdüyü ərazidən götürülüb
Bu barədə APA-ya S. Kərimovun bibisi oğlu Mətləb Mustafayev bildirib.

Onun sözlərinə görə, meyitin beldən aşağı hissəsi və daxili orqanları yoxdur. Bir neçə gün açıq havada qaldığından meyit tamamilə iylənib. S. Kərimovun meyiti artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, onun meyiti aprelin 7-də səhər saatlarında cəbhə xəttində yerləşən meşədə aşkarlanıb. Qazax rayonunun Xanlıqlar kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Sabir Mühit oğlu aprelin 2-dən cəbhə xəttində meşədə itkin düşüb.

Onun yolu azaraq Ermənistan tərəfə keçdiyi və ya erməni hərbçilər tərəfindən əsir götürüldüyü ehtimal edilirdi.


Teqlər:





Xəbər lenti