Kiyevdə hərbi təlimlər keçiriləcək

Kiyevdə hərbi təlimlər keçiriləcək
  30 Aprel 2014    Oxunub:993
Əhali xəbərdar olunub.
Kiyev rəhbərliyi şəhərində mərkəzində hərbi təlimlərin keçiriləcəyi barədə paytaxt sakinləri və onun qonaqlarını xəbərdar edib. AzVision.az-ın məlumatına görə, təlimlər may ayının birində axşam saatlarında həyata keçiriləcək.

Kiyev şəhər Dövlət Administrasiyasının yaydığı məlumatda bildirilir ki, paytaxtda “xüsusi-taktiki təlimlər” keçiriləcək: “Təlimlər çərçivəsində şəhərdə hərbi texnikanın hərəkət edəcəyi gözlənilir. Şəhərin mərkəzində o cümlədən şəxsi heyət və avadanlıqların yerləşdirilməsi də gözlənilir”.

Kiyevdə belə gözlənilməz təlimlərin keçirilmə səbəbləri izah edilmir. Qeyd edək ki, ötən gün Ukrayna paytaxtının mərkəzində məşəl yürüşü keçirmək cəhdi kütləvi qarşıdurmalarla nəticələnib.


Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti