NATO Baltikyanı ölkələrdə qırıcılarının sayını artırdı

NATO Baltikyanı ölkələrdə qırıcılarının sayını artırdı
  30 Aprel 2014    Oxunub:4094
Mayın birindən etibarən NATO Baltikyanı ölkələrin müdafiəsinə cəlb edilən qırıcıların sayını üç dəfə artırıb.
AzVisin.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Estoniya, Latviya və Litvanın qorunması üçün Polşa, Böyük Britaniya və Danimarka Hərbi Hava Qüvvələri 12 təyyarə göndərəcək.

Hər bir ölkə regiona dörd qırıcı təyyarə göndərəcək: Missiyaya rəhbərlik edəcək Polşa “Miq -29”, Böyük Britaniya “Tayfun”, Danimarka isə “F-16” qırıcıları. NATO bu addımı Ukraynadakı böhranla əlaqədar olaraq Rusiya ilə gərginləşən münasibətlərlə cavab olaraq atıb.

Daha əvvəl NATO baş katibi Anders Foq Rasmussen bildirmişdi ki, təşkilat Şərqi Avropada döyüş hazırlığının gücləndirilməsi və təlimlərin keçirilməsi məqsədilə regionda əlavə hərbi personal yerləşdirmək niyyətindədir.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti