Ermənilər atəşkəsi yenə pozdular

  30 Aprel 2014    Oxunub : 428
Ermənilər atəşkəsi yenə pozdular
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar kəndləri yaxınlığında, GöygölXocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az

Teqlər: