İstanbulda terror aktının qarşısı alınıb

İstanbulda terror aktının qarşısı alınıb
  30 Aprel 2014    Oxunub:1048
Terror aktı törətməyə cəhd edən 4 nəfər saxlanılıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki,İstanbul polisinin məlumatına görə, saxlanılan şəxslərdən iki Kalaşnikov avtomatı, bir tapança, 5 avtomat darağı, məsafədən idarəetmə üçün qurğu aşkar edilib.

Bundan əvvəl yayılan məlumatlara görə, Türkiyə polisi ölkənin bütün vilayətlərində gücləndirilmiş iş rejiminə keçib. Buna səbəb beynəlxalq terror təşkilatı "əl-Qaidə"nin qanadı olan "əş-Şəbab" təşkilatının ölkə ərazisində terror aktları keçirəcəyi barədə xəbərdarlıq olub.

Ölkədə terror aktı həyata keçirməyi planlaşdıran Somali əsilli vətəndaşın adı da açıqlanıb.


Teqlər:





Xəbər lenti