Avrotəlimlər başa çatdı

Avrotəlimlər başa çatdı
  29 Aprel 2014    Oxunub:974
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Əsədovun təşkilatçılığı, Asan Könüllüləri Gənclər Təşkilatının texniki dəstəyi ilə keçirilən Avto Təlimlərə yekun vurulub.
Layihənin keçirilməsində əsas məqsəd, gənclər arasında sürücülük bacarıqlarını aşılamaqla yanaşı gəncləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq xüsusilə də gənclər arasında sürücülük mədəniyyətini formalaşdırmaqdır.

1 ay davam edən təlimlərdə 20 gənc iştirak edib. Layihəni uğurla başa vuran gənclər sertifikatla təltif olunublar.


Teqlər:





Xəbər lenti