Millət vəkillərimiz Astanada

Millət vəkillərimiz Astanada
  28 Aprel 2014    Oxunub:1280
Bu gun Qazaxıstanın paytaxtı Astana səhərində TURKPA-nın (Türkdilli Dövlətlərin Parlament Assambleyası) Huquq məsələləri komissiyasının üçüncü toplantısı keçirilir.
Milli Məclisin deputatı Çingiz Qənizadənin mətbuat xidmətindən verilən məlumata görə toplantıda millət vəkilləri Cingiz Qənizadə və İqbal Ağazadə iştirak edirlər.

“TURKPA-ya uzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəaliyyətləri” movzusunda çıxış edən TURKPA-nın Huquq məsələləri komissiyasının üzvü Cingiz Qənizadə hesabat məruzəsinin layihəsini tədbir iştirakçılarına təqdim edib.
Onu da qeyd edək ki, iclasın ikinci hissəsinə Çingiz Qənizadə sədrlik edib.

İclasda, həmçinin Huquq məsələləri komissiyasının 4-cu toplantısının bu ilin ikinci yarısı Qırğızıstanda keçirilməsi qarara alınıb.

TÜRKPA-nın növbəti tam tərkibli plenar iclası isə bu ilin iyun ayında Bakıda keçiriləcək.


Teqlər:





Xəbər lenti