Çernobıl faciəsindən 28 il ötür

Çernobıl faciəsindən 28 il ötür
  26 Aprel 2014    Oxunub:1118
Bu gün Çernobıl faciəsindən 28 il keçir. AzVision.az-ın məlumatına görə, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr idi. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaların 90%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Artıq onlardan 2000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.


Teqlər:





Xəbər lenti