Prokurorlar ağac əkdi

Prokurorlar ağac əkdi
  26 Aprel 2014    Oxunub:1241
Aprelin 26-da Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 91 illilyi münasibətilə növbəti ağacəkmə kampaniyası keçirib.
DİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbir çərçivəsində Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 2 hektar ərazidə min beş yüzdən artıq Eldar şamı ağacları əkilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti