Zakir Həsənov cəbhədəki vəziyyətdən danışdı

Zakir Həsənov cəbhədəki vəziyyətdən danışdı
  26 Aprel 2014    Oxunub:1112
Aprelin 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda nazir bu gün dafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayini qəbul edib.

Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.


Teqlər:  





Xəbər lenti