Ukraynada prezident seçkiləri ləğv edilir?

  26 Aprel 2014    Oxunub : 507
Ukraynada prezident seçkiləri ləğv edilir?
Ukrayna Ali Radasında prezident seçkilərinin ləğv edilməsi barədə ideyanı ciddi şəkildə müzakirə edilir.
Ukrayna Ali Radasında prezident seçkilərinin ləğv edilməsi barədə ideyanı ciddi şəkildə müzakirə edilir. Ukrayna Ali Radasında prezident seçkilərinin ləğv edilməsi barədə ideyanı ciddi şəkildə müzakirə edilir. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko bildirib.

Timoşenkonun sözlərinə görə, bəzi deputatlar vətəndaşların birbaşa seçki hüququnu məhdudlaşdıraraq, bütün hakimiyyətin parlamentdə cəmlənməsini istəyirlər.

Demokratik qüvvələrdən prezidentliyə vahid namizədi dəstəkləmək istəməməsinə gəlincə isə Timoşenko bildirib ki, Ukraynada oliqrax klanları birləşib və öz namizədini prezident vəzifəsinə gətirmək istəyirlər: “Bu gün bütün oliqarxların nümayəndələri Ukrayna parlamentində cəmləşib və hazırda prezidentin parlament tərəfindən seçilməsi, onun səlahiyyətlərinin məhdudlaşdırılaraq parlamentə verilməsi məsələsini aktiv şəkildə müzakirə edirlər”.

Eldar
AzVision.az

Teqlər: