Facebook-un gəliri rekord vurur

Facebook-un gəliri rekord vurur
  24 Aprel 2014    Oxunub:1222
Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook bu ilin ilk üç ayında gəlirlərini 72% artıraraq 2.5 milyard dollar qazanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Facebook-un xalis gəliri isə 642 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə şirkətin xalis gəliri 219 milyon dollar idi.

Facebook rəsmilərinin bildirdiyinə görə, mobil reklam gəlirləri ümumi gəlirin 59%-ni təşkil edib.

Qeyd edək ki, Facebook nümayəndələri fevral ayında 450 milyon istifadəçisi olan WhatsApp-ı 19 milyard dollara almaq üçün danışıqlara başlayıb. Hazırda Facebook-un 1.2 milyard istifadəçisi var.

Sosial şəbəkələrin əsas gəlirlərini reklam təşkil edir. Ötən il şirkətlər bu yöndə reklamlara 120 milyard dollar xərcləyib. Bu il bu rəqəmin 140 milyard dollara çatacağı gözlənilir.

Emin



Teqlər:  





Xəbər lenti