Azərbaycanda avtomobil istehsalı artıb
Məlumata görə, hesabat dövründə respublikada 101 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.
Yanvar-mart aylarında ölkədə 299 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 3,9 dəfə çoxdur.
2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.