Azərbaycanda halal geyim bazarı olacaq
Dübaydan gələn rəsmilərin və iş adamlarının sözlərinə görə hal hazırda dünyada pərakəndə ticarətin 10 faizi halal malların satışının payına düşür. Bura yalnız ərzaq deyil, həm də ətriyyat, kosmetika, geyim kimi məhsullar daxildir. 2012-ci ildə müsəlmanlar islam geyiminə 224 milyard, təkcə halal kosmetikaya isə 26 milyard dollar pul xərcləyiblər.
Hazırda halal satışın ikinci mərkəzi olan Dubay Azərbaycan kimi hələ potensialı tam istifadə olunmayan ölkələrin hesabına bu rəqəmələri artırmaq niyyətindədir.(Anspress)
Teqlər: