Kreditlərin verilişində dəyişiklik ediləcək

Kreditlərin verilişində dəyişiklik ediləcək
  21 Aprel 2014    Oxunub:1446
Hazırda Azərbaycanda 850 milyon manata yaxın vaxtı keçən kredit mövcudur.
Bu kreditlərin böyük əksəriyyətini istehlak kreditləri təşkil edir. Ötən ilin sonuna kimi banklar tərəfindən müştərilərə verilən böyük məbləğdə kreditlərin qaytarılmaması Mərkəzi Bankı təcilli tədbir görməyə vadar etdi.

Bu da çox böyük kredit riski yaradırdı ki, nəticədə həm müştəri, həm də bank pis vəziyyətdə qalırdı. Yəni borcu ödəmək olmurdu və bankın nizamnamə kapitalı sürətlə aşağı düşürdü. Bu isə bankların müflisləşməsinə və infiliyasiyanın artmasına gətirib çıxarırdı. MKR sistemindən səmərəli istifadə, yəni vətəndaşın kredit tarixçəsində subyektiv səbəbdən gecikdirilmə olduqda və iş yerlərindən arayış təqdim olunmadıqda kredit verilmir.

Mütəxəsislər son aylarda yaranan durğunluğun tədricən aradan qalxacağını deyirlər. Lakin əvvəllər olduğu kimi arayış və kredit tarixçəsində gecikmə olan müşərilərə kredit verən banklar Mərkəzi bankın sanksiyaları ilə üzləşəcək. Kredit sisteminin təkminləşdirilməsi çərçivəsində faizlərin aşağı salınması da gözlənilir. Mərkəzi Bank bununla bağlı təklifləri qiymətləndirir.




Teqlər:  





Xəbər lenti