CHP üzvü prezidentliyə ilk namizəd oldu
Kamer Gənc bu barədə fikrini ilk dəfə partiyanın şənbə günü keçirdiyi iclasda açıqlayıb: “Etdiyim səyahətlərdə söhbətləşdiyim hər kəs mənim prezidentliyə namizəd olmağımı istəyir. Partiyam razılıq verərsə, namizəd olmaq istəyirəm”.
Tvitter sosial şəbəkəsində vədlərini açıqlayan Kamer Gənc baş nazir Ərdoğanı da tənqid edib. O, Ərdoğanın Konsititusiya məhkəməsinə müraciət etməyini cahillik adlandırıb: “Prezident seçilsəm Rəcəbi baş nazirlikdən azad edəcəm”.
Qeyd edək ki, Türkiyədə ilk dəfə vətəndaşların səsverməsi ilə seçiləcək prezident seçkilərində namizəd olmaq üçün 20 millət vəkilinin rəyi lazımdır.
Fatimə Kərimli
Teqlər: