Ölkədə kompüterlərin virusa yoluxma səviyyəsi azalıb
İcmala görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 24,8 faiz azalıb.
Son ay ərzində ölkədə istifadəçilərin 42,9 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.
İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında yeddinci yeri tutur.
Ölkələrin TOP 10-na 51,44 - 35,87 9 faizlə daxil olan ölkələr Vyetnam, Rusiya, Qazaxıstan, Ermənistan, Monqolustan, Ukrayna, Azərbaycan, Belarus, Moldova və Qırğızıstandir.
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir ay ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə həmçinin Tacikistan, Gürcüstan, Xorvatiya, Qətər, Əlcəzair, Türkiyə, Litva, Yunanıstan, Özbəkistan və İspaniya daxildir.
İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz), Yaponiya (13,2 faiz), İsveç (14,5 faiz), CAR (15,6 faiz), Tayvan (16,1 faiz), Danimarka (16,4 faiz), Finlandiya (16,8 faiz), Niderland (17,7 faiz) və Norveç (19,4 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin məruz qaldıqları internet vasitəsilə yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət rüb ərzində ölkələrdən hər birində istifadəçilərin Web-antivirusun işləməsi ilə nə qədər tez-tez rastlaşdıqlarını hesablayb.
2014-cü iliin birinci rübünün yekunları üzrə "Kasperski laboratoriyası" məhsulları istifadəçilərinin kompüterlərində 645,8 milyon zərərverici proqram aşkar edilərək zərərsizləşdirilib, Web vasitəsilə 1,13 milyard yoluxma cəhdinin qarşısı alınıb.
Teqlər: