SOCAR-dan Türkiyəyə 20 milyardlıq sərmayə

SOCAR-dan Türkiyəyə 20 milyardlıq sərmayə
  18 Aprel 2014    Oxunub:1441
SOCAR-ın 2013-2020-ci illərdə Türkiyədə 17-20 milyard dollar sərmayə qoyması planlaşdırılır.
Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verlib ki, sərmayələr əsasən TANAP layihəsinə, “Star” neftayırma zavoduna, İzmir Əliağadakı liman elektrik stansiyasına qoyulacaq: "Türkiyə, şübhəsiz ki, Azərbaycan üçün böyük bazar olmaqla yanaşı, həm də etibarlı limandır. Türkiyə və Azərbaycan arasındakı ən parlaq layihələrin başında TANAP gəlir. TANAP-da Türkiyənin payı 30 faiz, Azərbaycanın payı isə 70 faizdir. Bu xətt ilə ilk təbii qazın Türkiyəyə 2018-ci ildə verilməsi gözlənilir."


Teqlər:  





Xəbər lenti