ARDNŞ büdcəyə 176,5 milyon ödəyib

ARDNŞ büdcəyə 176,5 milyon ödəyib
  16 Aprel 2014    Oxunub:1123
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin mart ayında dövlət büdcəsinə 176 milyon 493 min manat vəsait ödəyib.
ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin mart ayına nisbətən 57 milyon 17 min manat və ya 147,7 faiz çox olub.

2014-cü ilin yanvar-mart aylarında büdcəyə 523 milyon 106 min manat vəsait ödənib. Bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 milyon 114 min manat və ya 135,5 faiz çox olub.


Teqlər:





Xəbər lenti