Avtobuslarda kart sisteminin tətbiqi genişləndirilir
Bunu AzVision.az-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, yay aylarında daha kart sistemi ilə işləyəcək avtobusların sayı artırılacaq: “Artıq 1000-dən yuxarı avtobusa validator quraşdırılıb. Bu yay isə 30 marşruta kart sistemi tətbiq olunacaq. Proses ilin sonuna və ya gələn ilin əvvəlinə kimi başa çatmalıdır”.
Qeyd edək ki, kart sistemi hələki Bakı və Bakıətrafı qəsəbələr, o cümlədən Bakıdan Sumqayıta hərəkət edən avtobuslara aid ediləcək.
Nihadə