Gənc alimlər üçün müsabiqə elan edildi

Gənc alimlər üçün müsabiqə elan edildi
  15 Aprel 2014    Oxunub:1041
Azərbaycan Milli Elmlər Akademiyası Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçirir.
Akademiyadan AzVision.az-a daxil olan məlumata görə, akad.Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi müsabiqə institutda çalışan gənc (yaşı 40 qədər olan) doktorant, disertant və magistrlərə şamil olunur.

Məruzə onların həm özlərinin elmi-tədqiqat mövzularına, həm də çalışdıqları laboratoriyanın illik fəaliyyət planına daxil olan ən aktual problemlərə həsr edilə bilər. Namizədlərin hazırladıqları tezis, məqalə və təqdimat Aşqarlar Kimyası İnstitutu Müsabiqə üzrə Ekspertlər Şurası tərəfindən qiymətləndiriləcək, müvafiq olaraq I, II, III yerlərin qaliblərinə diplom və pul mükafatı veriləcək, məqalələri isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi jurnalda dərc ediləcək.

Müsabiqəyə qatılmaq istəyən doktorant, disertant və magistrlər öz hazırladıqları məqalə və təqdimatların elektron formasını 10 may 2014-cü il tarixinə qədər AKİ Gənc Alim və Mütəxəssislər Şurasına (otaq 115) təqdim etməlidirlər.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti