Cəlilabadda İnvestisiya layihələrinin qəbuluna başlanır

Cəlilabadda İnvestisiya layihələrinin qəbuluna başlanır
  13 Aprel 2014    Oxunub:1308
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirblər ki, layihələrdə 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, intensiv çiyələk əkini və emalı müəssisələrinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının, müasir üzümqurutma və kiçik həcmli üzlük daş istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.






Teqlər:





Xəbər lenti