Yeni binaları kim idarə etməlidir?

Yeni binaları kim idarə etməlidir?
  12 Aprel 2014    Oxunub:1174
`Mənzil Məcəlləsinə əsasən dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur`.
Bu sözləri İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil kommunal şöbəsinin rəis müavini Elşən Əsədov deyib.

Onun sözlərinə görə, özəl mənzil fondu mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə edilir.

Çoxmənzilli binaların sahə mülkiyyətçiləri isə binanın idarə edilməsi ilə bağlı mövcud üç üsuldan birini seçməlidirlər. Belə ki, bina sakinləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən və yaxud da idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulları arasında seçim etməlidirlər. / AzərTac


Teqlər:





Xəbər lenti