`BlackBerry` müflisləşir
Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar yaxın vaxtlarda qəbul olunacaq.
Bununla yanaşı, “BlackBerry” digər şirkətlərlə tərəfdaşlıqda korporativ texnologiyalara qoyulan investisiyaları genişləndirməyi planlaşdırır. Şirkət əsas diqqəti proqram təminatına yönəltmək niyyətindədir.
Məlumat üçün bildirək ki, 2013-2014-cü maliyyə ilinin birinci rübünün yekunlarına görə “BlackBerry” bir il əvvəlin analoji dövründə əldə olunan 98 milyon dollarlıq mənfəətlə müqayisədə 423 milyon dollar məbləğində itki ilə üzləşib.
Eyni zamanda, mədaxil 64 faiz azalaraq 976 milyon dollara enib. Hesabat dövrü ərzində "BlackBerry” 3,4 milyon smartfon, eləcə də, “BlackBerry 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 1,3 milyon qurğu satılıb