Sinqapurda ağacdan noutbuk hazırlanıb

Sinqapurda ağacdan noutbuk hazırlanıb
  10 Aprel 2014    Oxunub:1130
AzVision.az xəbər verir ki, Sinqapur dizaynerləri qeyri-adi noutbuk hazırlayıblar. Belə ki, korpusu təbii ağacdan ərsəyə gətirilən qurğu ekoloji təmiz kompüterlər sinfinə aid edilir və dünyanın ilk “yaşıl” kompüteri statusunu alıb.

Lakin iki Sinqapur dizaynerinin ideyası əslində daha qlobal xarakter daşıyır. Onların məqsədi ekoloji noutbukun deyil, alıcının istəyinə uyğun korpusun istənilən görünüşünü və dizaynını seçə biləcəyi şəffaf noutbukun yaradılması olub.


“Project Novena” adlandırılan yeni kompüterin korpusu, eləcə də dizaynı üçün istənilən materialı (ağac, plastik, şüşə və s.) seçmək mümkündür.


İstehsalçı şirkət kompüterin daxili komponentlərini təqdim edir, korpusu alıcı özü seçir. Qurğunun daxilində dördnüvəli 1.2 GHs tezlikli “Cortex A9”, “GPU”, 4 QB yadasa malik “DDR3 RAM” prosessoru və əsasını “Debian” əməliyyat sistemi (Linux distro əməliyyat sistemi ilə) təşkil edən 4 QB tutumlu “microSD” yaddaş kartı quraşdırılıb,


Teqlər:





Xəbər lenti