İdmançılarımızı İsraildə yarışa buraxmadılar

İdmançılarımızı İsraildə yarışa buraxmadılar
  07 Aprel 2014    Oxunub:1256
Azərbaycanın ağırlıqqaldıranları aprelin 3-ü və 13-ü arasında İsraildə keçiriləcək yarışlarda iştirak edə bilməyəcəklər.
AzVision.az xəbər verir ki, buna səbəb Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının azərbaycanlı idmançılara (IWF) qarşı ağır cəza tətbiq etməsidir.

Belə ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2013-cü ildə Avropa Çempionatı zamanı azərbaycanlı idmançıların dopinq istifadə etdiklərini bildirib. Təşkilatın rəsmi saytında 253 nəfərlik siyahıda heç bir azərbaycanlı idmançının adı yoxdur.

Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntikam Zairova iki il, Zülfiqar Süleymanova isə ömürlük yarışlarda iştirak etməyə qadağan edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti