Azərbaycan Türkiyədən 80 baş iribuynuzlu heyvan alacaq

Azərbaycan Türkiyədən 80 baş iribuynuzlu heyvan alacaq
  05 Aprel 2014    Oxunub:2220
Boğaz düyələrin Azərbaycanda gəlir səviyyəsi aşağı olan 40 ailəyə veriləcəyi bildirilir
Azərbaycan Türkiyədən 80 baş iribuynuzlu heyvan alacaq.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Türkiyə Damazlıq və Maldarlıq Mərkəzi Birliyi bir layihə çərçivəsində Azərbaycana südlük 80 baş boğaz inək ixrac edəcək. 2-6 aylıq bu heyvanlar Holstein növündəndir.

Holsteinin cinsi düyələrin Türkiyədən ilk ixracatı ötən il noyabr ayında Türkmənistana gerçəkləşdirilib. Bu il isə 80 baş düyə Azərbaycana ixrac ediləcək. Ilk ixracatın edildiyi noyabr ayından bu ilin yanvar ayına qədər keçən 3 aylıq dövrdə Türkmənistana ümumilikdə 202 baş boğaz düyə ixrac edilib. Bunun qarşılığında isə Türkiyə tərəfi 795 min dollar gəlir əldə edib.

Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən verilən məlumatlara görə, boğaz düyələrin Azərbaycanda gəlir səviyyəsi aşağı olan 40 ailəyə veriləcəyi bildirilib. Ailələr tərəfindən yetişdirilən bir ədəd boğaz düyə isə üçüncü ilin sonunda alınaraq ehtiyac sahibi başqa bir ailəyə veriləcəyi vurğulanıb. Nazirlik səlahiyyətliləri layihə çərçivəsində Azərbaycana göndəriləcək olan digər heyvanlara süni mayalanma ediləcəyini bildirib.

Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ümumilikdə 2018-ci ilə qədər 6 min boğaz düyə ixracat etməyi hədəfləyir.


Teqlər:





Xəbər lenti