500 kq-a yaxın yararsız mallar satışdan çıxarıldı

500 kq-a yaxın yararsız mallar satışdan çıxarıldı
  04 Aprel 2014    Oxunub:1068
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız mallar satışdan çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakının Suraxanı, Səbail rayonlarında, Sumqayıt, Zaqatala, Ağcabədi, Qazax, Şəmkir, Şabran, İsmayıllı şəhərlərində, Saatlı, Ağsu, Ağdam rayonlarında aparılmış yoxlamalar zamanı ümumilikdə 480 kq-dan artıq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti