`Radikallar heç bələdiyyəyə də seçilə bilməzələr`

`Radikallar heç bələdiyyəyə də seçilə bilməzələr`
  02 Aprel 2014    Oxunub:1640
`Türkiyədən fərqli olaraq, Azərbaycanda radikal müxalifətin iin sonunda keçiriləcək bələdiyyə seçkilərinə marağı yoxdur. Ancaq parlamentdə təmsil olunan konstruktiv müxalifət bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır`. Bu sözləri BAXCP sədrinin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.
O, bildirib ki, BAXCP hazırda bütün imkanlarını səfərbər edib: `Biz 56 rayonda təmsil olunuruq. Maksimum dərəcədə çalışacağıq ki, daha çox dairədə öz namizədimizlə seçkidə iştirak edək. Mən BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini olmaqla yanaşı, 30 000 yaxın əhalisi olan Abşeron rayonun Mehdaibad bələdiyyəsində “Hüquq komissiyasının” sədriyəm. Bundan qabakl 5 illikdə bələdiyyə sədrinin müavini idim. İndiyə qədər 3 dəfə bu qəsəbədən bələdiyyə seçilmişəm. 15 ilə yaxındır ki, bələdiyyə üzvü kimi fəaliyyət göstərirəm. Ola bilsin ki, dördüncü dəfə də namizədliyimi verdim. Radikal müxalifət nümayəndələri arasında bir nəfər göstərin ki, son bələdiyyə seçkilərində namizəd olub və qalib gəlib? Əli Kərimlinin və ya İsa Qəmbərin hansı müavini öz yaşadığı qəsəbənin bələdiyyəsinə seçilə bilib?`

Orduxanlıya görə, radikallar yaxşı bilir ki, bələdiyyə üzvü seçilmək imkanaları yoxdur. Özlərinə inamları olsa idi, ən azından indiyə kimi bir dəfə də olsun bələdiyyəyə namizəd olardılar və seçilərdilər: `Türkiyədə əsasən böyük siyasətlə məşğul olan siyasətçilərin əksəriyyəti öz yaşadığı dairədən bələdiyyə seçilənlərdir. Türkiyənin indiki baş naziri Ərdoğan da ilk dəfə bələdiyyə başqanı olub. Son bələdiyyə seçkilırində -2009-cu ildə BAXCP Azərbaycan üzrə uçuncü yeri tutmuşdu. Bu səfər çalışacağıq ki, ikinci yerə çixa bilək. Təbii ki, birinci yeri YAP tutacaq...`


Teqlər:





Xəbər lenti