Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  30 Mart 2014    Oxunub:2242
AzVision.az xəbər verir ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir, gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur.

Temperatur gecə və gündüz 1-4° isti, Bakıda gecə və gündüz 1-4° isti olacaq.
Atmosfer təzyiqi 747 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 2-6°, gündüz 6-10° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Temperatur gecə 2-5°, gündüz 5-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 2-5°, gündüz 5-10°isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacaq.



Teqlər:  





Xəbər lenti