Strateji boru kəmərlərinin mühafizəsi müzakirə olundu

Strateji boru kəmərlərinin mühafizəsi müzakirə olundu
  29 Mart 2014    Oxunub:1110
Strateji boru kəmərlərinin mühafizəsi ilə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Gürcüstan Daxili İşlər Nazirliyi Xüsusi və Fövqəladə Hallar Mərkəzinin strateji boru kəmərlərinin mühafizəsi departamentində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə departamentdə 2013-cü ildə baş vermiş dəyişikliklər, rabitə sistemində həyata keçirilən texniki yeniliklər barədə tanışlıq xarakteri daşıyan təqdimatlar keçirilib. Qonaqlara, həmçinin innovasiyalı rəqəmli aparatların fəaliyyət xüsusiyyətləri və departamentin bölgə xidmətlərində aparılan mühüm dəyişikliklər barədə məlumat verildi.

Daxili İşlər Nazirliyi Xüsusi və Fövqəladə Hallar Mərkəzinin strateji boru kəmərlərinin mühafizəsi departamentinin rəisi Zaza Pansulaia Azərbaycan nümayəndə heyəti ilə görüşün səmərəli olduğunu bildirib. Onun söylədiklərinə görə, görüşdə müvafiq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı çox faydalı fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti