Ərdoğanın 4 min tərəfdarı CHP-yə keçdi
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-dən istefa verənlər arasında partiyanın seçkilərdə namizdələrindən biri olan Yunus Kalkan da var. Ötən gün təşkil olunan tədbirdə CHP-yə üzv olan keçmiş AKP-lilərdən Yunus Kalkan deyib ki, partiyanın adındakı ədalət sözü sadəcə fiqurdur. Partiyanın şovinist yanaşması onları istefa verməyə məcbur edib: “Bu kütləvi istefanı sadəcə 3-4 min nəfərlik istefa kimi görmək olmaz. Bu, 15-20 minləri əhatə edən və seçkilərə təsir edəcəyindən əmin olduğum hərəkatdır. CHP-nin namizədi Çətin çapana dəstək olacağıq. Biz seçkiyə yarış kimi baxırıq, amma buna savaş kimi baxanlar da var”.
Ankaranın Gölbaşı bölgəsində isə 1000 nəfər AKP üzvü partiyadan istifa verərək Milliyətçi Hərəkat Partiyasına (MHP) qoşulub.
Fatimə Kərimli
Teqlər: