Rusiya Ukrayna ilə hərbi müqaviləsini ləğv edir

Rusiya Ukrayna ilə hərbi müqaviləsini ləğv edir
  29 Mart 2014    Oxunub:1068
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov məlumat verərək, bu istiqamətdə razılaşmanın ləğvi üçün hazırlıqların başlandığını bildirib.

Həmçinin qeyd edilib ki, Krımın və Sevastopolun Rusiyaya birləşdirilməsindən sonra Kiyevə hər hansı bir ödənişin edilməsi və təbii qazın qiymətlərində endirimin tətbiqi lazım olmayacaq.

Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyanın müqaviləni ləğv etməsi istiqamətindəki qərarına münasibət bildirib. Rusiyanın Qara dənizdə varlığının formal xarakter daşıdığı və gələcəkdə Rusiyanın filotunu çıxarmaq məcburiyyətində qalacağı vurğulanır. Rusiyaya məxsus Qara dəniz filotunun Ukrayna torpaqlarında qalması ilə əlaqədar müqavilə 1997-ci ilə imzalanmışdı. Razılaşma 2010-cu ildə təkrar nəzərdən keçirilmiş və 30 il daha uzadılması barədə qərar verilmişdi. Bunun qarşılığında isə Rusiya Ukraynaya verdiyi təbii qazın qiymətlərində hər 1000 kubmetr üçün 100 dollar endirim etməyi qəbul etmişdi.

Qeyd edək ki, Ukrayna ilə yaşanan böhrandan sonra Rusiyanın qazın qiymətini hər 1000 kub metr üçün 500 dollara çıxaracağı barədə Baş nazir Arseniy Yatsenyuk xəbər vermişdi.


Teqlər:





Xəbər lenti