Avro-4 standartları dəyişdirildi
Xatırladaq ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.
AzVision.az