Ukraynalı hərbçilər Krımı silahsız tərk edirlər

Ukraynalı hərbçilər Krımı silahsız tərk edirlər
  26 Mart 2014    Oxunub:1290
Azvision.az TREND-ə istinadən verdiyi xəbərə görə, 1500 ukraynalı hərbçi Krımı tərk edir. Onlar hərbi xidməti Ukraynada davam etdirmək istəyirlər. Hərbçilər və onların ailələri Krımdan silahsız və dəmir yolu ilə çıxarılacaqlar.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, Sevastopolda Lazarev küçəsi, ev 6 ünvanda ukraynalı hərbçilər üçün müvəqqəti qeydiyyat məntəqəsi açılıb. Habelə onlar üçün martın 26-dan plaskartlı sərnişin vaqonları ehtiyatda saxlanır ki, onlar Ukraynaya gedən sərnişin qatarlarına qoşulacaqlar.
Sevastopolda səkkiz, Simferopolda, Yevpatoriyada, Feodosiyada hər birində iki, Kerçdə isə bir vaqon qeydiyyata alınıb.

Rusiya-Ukrayna sərhəddini keçdikdən sonra Krımdan gələn bütün hərbçilər Ukraynanın А-1978 saylı hərbi hissəsində yaradılan Novoalekseyevsk stansiyasındakı toplama məntəqəsinə gedəcəklər. Orada onlar yeni xidmət yerinə təyinat alacaqlar.

Qeyd edək ki, martın 26-da Ukraynanın Krımda yerləşdirilmiş 193 hərbi hissə və müəssisələrinin hamısında Rusiya bayraqları qaldırılıb.

Gerasimov bildirib:

"Hərbi hissə və müəssisələrdə hərbi əmlakın inventarizasiyası və şəxsi heyətin təkrar attestasiyası keçiriləcək"


Teqlər:





Xəbər lenti