Azərbaycanın könüllü sığorta bazarı 15 faiz artıb

Azərbaycanın könüllü sığorta bazarı 15 faiz artıb
  23 Mart 2014    Oxunub:2036
2014-ci ilin yanvar-fevral aylarında Azərbaycan sığorta şirkətlərinin mükafatlarının 22,18 faizi və ya təqribən 21,24 milyon manatı əmlakın könüllü sığortası növləri üzrə yığılıb. Bu növlər üzrə ödənişlər 5,18 milyon manat olub ki, bu da bütün kompensasiyaların təqribən 27,23 faizini təşkil edir.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatında deyilir.

Əmlakın könüllü sığortası üzrə yığımların strukturunda böyük hissəni avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə 21,41 milyon manat həcmində mükafat (4,58 milyon manat dəyərində ödəniş olmaqla), hava-nəqliyyat vasitələrinin sığortalanması üzrə ödəniş olmamaqla 5,51 milyon manat mükafat, habelə yanğın və digər risklərdən əmlakın sığortalanması üzrə 3,19 milyon manat mükafat (1,11 milyon manat həcmində ödənişlər), yüklərin sığortalanması üzrə 6,65 milyon manat mükafat (0,3 milyon manat ödəniş), yüklərin sığortalanması üzrə 2,06 milyon manata mükafat (50,47 min manat ödəniş) və s. təşkil edib.

2014-ci ilin yanvar-fevral aylarında mülki məsuliyyətin sığortalanmasının payına 4,33 milyon manat (0,18 milyon manat həcmində ödənişlər) düşüb.

Fərdi sığortalanma üzrə mükafatlar 6,73 milyon manat həcmində ödənişlər olmaqla 33,13 milyon manat təşkil edib. Bununla yanaşı, bədbəxt hadisələr və xəstəliklərdən sığortalanma üzrə yığımlar 1,77 milyon manat (219,67 min manat həcmində ödəniş), könüllü tibbi sığorta üzrə yığımlar 31,37 milyon manat (6,51 milyon manat məbləğində ödəniş), xaricə gedən vətəndaşların sığortalanması üzrə yığımlar 0,22 milyon manat (36,99 min manat həcmində ödəniş) təşkil edib.

Bu dövrdə qeyri-həyat könüllü sığorta üzrə yığımların ümumi həcmi 11,9 milyon manat məbləğində ödənişlər olmaqla (62,88 faiz) 54,36 milyon manat (mükafatların ümumi həcminin 59,33 faizi) təşkil edib.

Ümumilikdə könüllü sığortanın bütün növləri üzrə mükafatların xüsusi çəkisi 2014-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta yığımlarının 78,29 faizini, kompensasiyaların payı isə sığortaçıların bütün ödənişlərinin 67,88 faizini təşkil edir.

İl ərzində könüllü sığorta bazarı 14,99 faiz, ödənişlər isə 19,76 faiz artıb.

Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi 2014-ci ilin ilk 2 ayı ərzində 91,62 milyon manat (il ərzində 16,32 faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 19,02 milyon manat (17,33 faiz artım) olub.

Hesabatda yeganə təkrar sığorta şirkəti AzRE-nin fəaliyyəti göstərilməyib.


Teqlər:





Xəbər lenti