Ölkənin iqtisadi tənəzzülü səhiyyədə ciddi problemlər yaradır.
Ekspertlərin fikrincə Yunanıstanda iqtisadiyyatın düzəlməsinə onilliklər lazım olacaq. AzVision.az xəbər verir ki, ölkədə maliyyə çatışmazlığı və işsizlikdən əlavə iqtisadiyyatın tənəzzülü digər əsaslı sahələrə də təsirsiz ötüşməyib. RT müxbiri Mariya Finoşina qədim mədəniyyət mərkəzinin varisi olan ölkədə səhiyyə sahəsinin acınacaqlı vəziyyətindən danışır.