Vergilər Nazirliyindən büdcəyə 1 milyarddan çox daxil olma

Vergilər Nazirliyindən büdcəyə 1 milyarddan çox daxil olma
  21 Mart 2014    Oxunub:1141
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 233 milyon 621,7 min manat vəsait daxil olub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki,2014-cü ilin yanvar-fevral ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 233 milyon 621,7 min manat olub. Bu məbləğin 35,4 faizi mənfəət, 26 faizi əlavə dəyər, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 11,5 faizi aksizlərin, 15,4 faizi isə digər vergilərin payına düşür.

Nazirliyin analitik-informasiya şöbəsindən AzVision.az-a bildiriblər ki, qeyri-neft sektoru üzrə büdcəyə 618 milyon 613,7 min manat vəsait daxil olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 493,8 min manat çoxdur.

Yanvar-fevral aylarında respublika üzrə 16 min 768, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vergi ödəyicisi qeydiyyata alınmışdır. 2014-cü martın 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 552 min 112 nəfər olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur.

Ötən dövrdə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil edib.


Teqlər:





Xəbər lenti