Sahibkarlar Xorvatiyaya gedir

Sahibkarlar Xorvatiyaya gedir
  21 Mart 2014    Oxunub:1837
Azərbaycan sahibkarları Xorvatiyada iri tenderdə iştiraka dəvət olunurlar.
Xorvatiya Bank Reabilitasiya və Depozit Sığortası üzrə Dövlət Agentliyinə və Xorvatiya Pensiya Fonduna məxsus bir sıra səhmdar cəmiyyətlərin səhmlərinin satışı ilə bağlı dövlət tenderi elan olunub.

Bu barədə AzVision.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlər Adriatik dənizinin sahilində yerləşən mehmanxanalar və dəniz limanı obyektləridir.

Tenderdə iştirak etməkdə maraqlı olan Azərbaycan investorları səhmlərin alınması barədə niyyət məktubunu cari ilin 26 mart tarixinədək təqdim etməlidirlər.

Tender barədə ətraflı məlumatı AZPROMO-dan əldə etmək olar.


Teqlər:





Xəbər lenti