`Denizbank`dan ARDNŞ-ə 500 milyonluq `hə` cavabı

`Denizbank`dan ARDNŞ-ə 500 milyonluq `hə` cavabı
  20 Mart 2014    Oxunub:1240
Türkiyə bankı ARDNŞ-nin iri enerji layihəsinin maliyyələşdirilməsində iştiraka hazırdır.

Türkiyədə fəaliyyət göstərən "Denizbank" İzmirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edəcək. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Borsa Gündem" qəzeti yazır.

"Denizbank" bu məqsədlər üçün 500 milyon dollar vəsait ayırmağa hazır olduğunu ifadə edib.

Qəzet yazır: "ARDNŞ Türkiyə bankına Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihəni maliyyələşdirməkdən imtina etmələrindən sonra müraciət edib".

Qəzet, həmçinin ARDNŞ və "Denizbank" arasında razılaşmanın əldə olunduğunu bildirib.

Bu layihənin maliyyələşdirilməsi üçün ARDNŞ artıq 475 milyon dollar vəsait ayırıb.

ARDNŞ-nin Türkiyədə NEZ tikintisi layihəsinin dəyəri beş milyard dolları ötür.


Teqlər:  





Xəbər lenti