Ermənistanın “müasir silah” xülyası: Olsa belə, nə dəyişəcək ki?! – Ədalət Verdiyevin təhlili

  31 Avqust 2021    Oxunub :3253
      Ermənistanın “müasir silah” xülyası:    Olsa belə, nə dəyişəcək ki?! –    Ədalət Verdiyevin təhlili
Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Armiya-2021” sərgisində Rusiya istehsalı olan “Orion-9” və “Orion-10” pilotsuz zərbə təyyarələri, S-400 “Triumf” zenit-raket kompleksləri və “Pantsir” zenit kompleksinin modernizə edilmiş versiyaları ilə yaxından maraqlanıb. Sərgidə erməni nazirin ağzının sulanmasını bəziləri Ermənistanının yeni silahlar alması ilə əlaqələndiriblər.
Arşak Karapetyanın ötən həftə jurnalistlərə “Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün köhnə silahlar təklif edib. Bundan imtina etmişik, ancaq yeni silahlar alınacaq” kimi bəyanat verməsi pafosdan başqa bir şey deyil. Son 30 ildə Ermənistan bir dəfə də olsun dəyərini tam ödəməklə Rusiyadan silah almayıb. Əvvəllər hərbi yardım, sonra 102-ci hərbi bazanın təchizatı, ardınca “kredit” adı altında 4 dəfə rəsmən Ermənistana silah ötürülüb. Bunların toplam dəyərinin 10-15 faizi Ermənistan tərəfindən ödənilib, qalan məbləğ rus vergi ödəyicilərinin çiyninə yüklənib.

Tovuz hadisələrindən başlayaraq, Vətən Müharibəsinin sonuna qədər Rusiyadan 1300 yük təyyarə reysi ilə daşınan silah və sursatın dəyərini Ermənistan nə zaman ödəyib? Mən hələ rus nəqliyyat təyarələrinin tükənən resursundan danışmıram. Bu amil Rusiyanın xarici əməliyyatlarda iştirakını da məhdudlaşdırıb.

30 il ərzində Ermənistan normal şərtlərlə yalnız Serbiya, Bolqarıstan, İordaniya və Hindistandan silah alıb. Qalanlarını müxtəlif bəhanələr altında Rusiya verib. Nəğd olanda başqaları, pulsuz olanda isə yalnız “sağmal” Rusiya yada düşüb. “Kredit” məsələsi rus vergiödəyicilərini sakitləşdirmək məqsədilə ortaya atılan fantaziyadır.

Erməni nazirin guya nağd vəsaitlə müasir silah alınmasından danışması altı boş və əsassız iddiadır; Qafqazın fərari ordusunun və rəzil erməni xalqının başının altına yastıq qoymaqdır, cünki Ermənistan son 30 ildə bir ədəd “S-300” kompleksnin dəyərini belə Rusiyaya ödəməyib.

Rusiyanın Ermənistana gələcəkdə silah tədarükünə gəlincə isə bəli, mümkündür. Onsuz da Ermənistanı daim Rusiya silahlandırıb, silahlandırır və bundan sonra da silahlandıracaq. Bu silahlara xərclənən vəsaitin mənbəyi isə Ermənistan deyil, Rusiya büdcəsidir. İrəvana hansı silahın verilməsini də daim Kreml həll edib, edir və edəcək. Nə verəcəklərsə, ondan da istifadə olunacaq. Necə deyərlər, “Rus verən silahın “metallom” olmasına baxmazlar”.

Karapetyanın Moskvada hərbi attaşe olduğu dövrdən Şoyqu ilə yaxşı münasibətləri var. Karapetyanın müdafiə naziri təyin olunmasında rol oynayan Şoyqu indi Arşaka öz kadrı kimi dəstək verməyə çalışır. Zatən Ermənistanın son 30 ildə silahlanmasının 95 faizini rus istehsalı təşkil edib , onların arasında istifadəsi və ixracı qadağan olunan silahlar da olub, amma erməni ordusu bu silahların nüfuzunu yerlə yeksan etməklə, onların Bakıdakı Hərbi Qənimətlər Parkına təxliyəsi üçün münbit şərait yaradıb. Yeni təchizatın taleyi əvvəlkindən fəqli olmayacaq.
Erməni mediası Şuşa əməliyyatından yazdı: "Komandir əsgərlərini atıb qaçıb"

A.Karapetyanın sərgidə əsas diqqət yetirdiyi “Orion” zərbə PUA-ları oldu. Rusiyanın “Kronştad” şirkətini “Orion” PUA-sının parametrlərini olduğundan artıq göstərib. Əslində bu rus/sovet müdafiə sənayesi üçün yenilik deyil. Bunu biz İsrail-ərəb münaqişələri dövründə ərəb ölkələrinin, xüsusilə də Qəddafinin SSRİ-yə verdiyi notalardan, Suriya və Vətən Müharibəsindən bilirik. Ənənə hələ də dəyişməyib. Əgər Rusiyanın “Bayraktar” TB-2 imkanlarına malik olan “Orion-9” və ya “Orion-10” PUA-sı varsa, niyə dünyada bunu almaq istəyən kimsə yoxdur (təbii ki, Suriya və Ermənistan kimi müftəxorlar xaric)? “ Bayraktar” kifayət qədər bahalı kompleksdir, “Orion”dan daha bahadır. Nədən Rusiyanın ənənəvi müştəriləri ucuz “Orion”u qoyub, “Bayraktar” üçün qapıda gözləyirlər? Nədən Suriya və Liviyada bu PUA-lar vəziyyəti dəyişə bilmir?

A.Karapetyan “S-400” komplekslərini də diqqətlə süzüb. Bu komplekslər 2.5 milyard dollara təklif edilir. Ermənistanın 600 milyon dollarlıq hərbi büdcəsi müharibədəki 3.84 milyard dollarlıq hərbi texnika itkilərini qarşılamaq və “S-400” ZRK alınmasını təmin etmək iqtidarında deyil. 1 ədəd “S-400” alayının əldə edilməsi Ermənistanın illik büdcəsinin yarısını sümürər. Potensial baxımdan “S-400”lər bəlkə də daha yüksək hündürlüklərdə effektivdir, amma biz onların Türkiyə sınaqlarında PUA-lara qarşı zəif olduqları barədə məlumatlarla tanışıq. Suriyada Dəməşqin yüz kilometrliyində yerləşən “Şayrat” aviabazasına atılan 59 “Tomohavk” raketindən bir dənəsini də “S-400” raketi nə ələ keçirə, nə məhv edə bildi. Belə olan halda A.Karapetyanın heç bir real döyüşdə fərqlənməyən, bəzilərinin isə onlarla analoqunun məhv ediliyi silahlar önündə poza verməsi sadəcə bu silahların real imkanları barədə məlumatı olmayan ermənilərə unvanlanmış mesajdır.

“Pantsir” komplekslərinə gəlincə, onların Suriyada həm Türkiyə, həm də İsrail silahlarına qarşı nə qədər zəif olduğu faktdır. Türkiyə PUA-ları Suriyada başqa qoşunları və obyektləri qorumalı olan “Pantsir”kompleksinin 9 ədədini ovladılar. İsrail isə bütün yeni PUA və tank əleyhinə idarəolunan raketləri “Pantsir” üzərində sınadı. Belə olan halda A.Karapetyanın nəyə və niyə baxdığını hələ özü də anlamadığını düşünmək mümkündür.

Hazırda erməni ordusunun müdafiə potensialı faciəvi vəziyyətdədir. Ordu ilə bərabər cırtdan ölkənin HHM sistemi də Əsgərimiz tərəfindən tamamilə dağıdılıb. Ermənistanın təhlükəsizlik sistemi çöküb. Zirehli vasitələr parkının adı olsa da, döyüşə hazır texnikanın faiz nisbəti birrəqəmli ədədlə ifadə olunur. Erməni əsgəri döyüş üçün heç bir mənəvi-psixoloji motivasiyaya malik deyil. Parlamentdə “Ermənistanın qəhrəman sərkərdələrini” açıq şəkildə “vətən xaini” adlandırırlar. Belə bir vəziyyətdə erməni fərari ordusunu silahlandırmaq ən sadəlövh və məntiqsiz addımdır. Dünyanın ən müasir silahları ABŞ-a Əfqanıstanda kömək etmədi, indi məğlub erməni ordusuna 70-ci illərin texnologiyasına əsalanan rus silahı nə yardım edəcək? Əgər erməni ordusu tam komplekt halında Azərbaycan əsgərinə qarşı 2 saat tab gətirmədisə, hazırkı fərari damğalı vəziyyətində ona heç bir silah kömək etməyəcək.

Karapetyan sərgidə çox şeylə maraqlana bilər, amma Ermənistan onun baxdığı hər şeyi ala bilməz. Ermənistan milyard dollarlıq silah almaq imkanına heç zaman malik olmayıb, amma ona silahlar hər zaman verilib və yenə də verilə bilər. Məhdud sayda veriləcək silahların sayını tərəflər açıqlamayacaqlar, onları mərkəzi tabelikdə olan erməni hissə və bölmələrinə verəcəkləri ehtimal olunur. Ermənistan ordusunun silahlanmasında mövcud olan “dəlikləri”doldurmaq üçün bir neçə il və “cırtdan” təxminən 1 illik büdcəsi lazımdır. Odur ki, Karapetyanın Rusiyadan köhnə silahlar deyil, yalnız yenilərini alacaqları barədə bəyanatı fərari ordusuna və daxili ictimaiyyətə hesablanmış bir mesajdır.

Məğlub orduya gəncləri cəlb edə bilməyən Ermənistan əvvəl 45 yaşına qədər olanları, sonra isə qadınları əsgər aparmaq qərarına gəlib. Bu isə Ermənistanın insan resursları ilə bağlı ciddi problemlərlə qarşılaşdığını göstərir. Silahı haradansa əldə etmək mümkündür, ondan istifadə edən heyəti tapmaq və hazırlamaq isə uzun illər tələb edən və bahalı prosesdir.

Rusiyanın Ermənistana silah tədarükü mövzusunda Şoyqunun açıqlaması, Azərbaycan Prezidenti İlham Əliyevin CNN Türk-ə müsahibəsində Ermənistanla Rusiyaya ünvanladığı mesaj, bunun ardınca Rusiya XİN-in sözçüsü Zaxarovanın bəyanatı, indi isə Ermənistanın Rusiyadan zərbə PUA-ları və hava hücumundan müdafiə sistemləri almaq niyyətləri barədə məlumatın yayılması təsadüfi deyil. Kreml digər sahilə üzən Ermənistanı cilovlamaqla bərabər, Azərbaycana da silah satmaq niyyətindədir. Azərbaycan isə türk modeli qəbul etdiyi üçün Rusiyanın mümkün silah təklifinin taleyi sual altındadır. Rusiyadan əvvəl aldığımız silahlar üçün sursat və ya ehtiyat hissələr alına bilər, amma bu, rus istehsalçısının Vətən Müharibəsi zamanı təchizat fəaliyyəti və onun fasiləsizliyi ilə birbaşa əlaqədar olacaq.

İstənilən halda Rusiya öz vətəndaşlarını qıcıqlandırmayacaq bir bəhanə ilə Ermənistana müəyyən miqdarda silahlar ötürəcək. İndiyə qədər Ermənistan əldə etdiyi silahlara görə Rusiyaya vəsait ödəməyib. Bu silahların pulu Rusiya vergi ödəyicilərinin cibindən çıxıb və çıxır. Düşünmürəm ki, sadə rus vətəndaşı növbəti dəfə silahların Ermənistana verilməsinin lehinə olacaq, çünki Ermənistan 30 ildə ona verilən silahlarla heç nə əldə edə bilmədi. Əksinə, erməni şovinizmi həm rus silahının nüfüzunu alt-üst etdi, həm də 30 illik işğal nəticəsində əldə olunanları 44 gündə itirməklə özünü və müttəfiqlərini rəzil bir vəziyyətə saldı.

Rusiya rəsmilərinin silahlanma barəsində səsləndirdiyi fikirlər isə həm ölkənin siyasi rəhbərliyinin mövqeyinə, həm də sülhməramlı funksiyası yerinə yetirən tərəfin neytrallıq prinsipinə uyğun gəlmir. Ermənistanın silahlanması birmənalı olaraq Azərbaycana qarşı yönəlib. Növbəti dəfə Ermənistanın silahlandırılması fərari ordusunun qalıqlarının və ümumilikdə erməni genofondunu məhv edilməsi deməkdir. Azərbaycan bu barədə dəfələrlə xəbərdarlıq edib. Kim tərəfindən və nə zaman verilməsindən asılı olmayaraq, sərhədlərimizə yaxınlaşan və ya təhdid törədən istənilən silah sistemi və onun heyəti preventiv zərbələrlə məhv edilməlidir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün

Teqlər: Ermənistan   Rusiya  






Xəbər lenti