Qeyri-neft iqtisadiyyatı 8,8% artıb
Göstərilən dövrdə ÜDM-in 61,3 faizi istehsal sahələrində formalaşıb ki, bunun 50 faizə qədəri sənayedə, 8,8 faizi tikinti kompleksində, 2,5 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında istehsal edilib. ÜDM-in 38,7 faizi xidmət sektorunda yaradılıb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizini və ya 591,5 milyon manat təşkil edib.
Xidmət sektorunda ÜDM-in 9,1 faizi nəqliyyat vasitələrinin ticarəti və təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və kommunikasiya xidmətləri, 11,9 faizi isə sosial və xidmət sahələrinin payına düşür.
Hesabatda deyilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektoru 8,8 faiz artıb və ümumi daxili məhsulda onun payı 53,9 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi 5,7 faiz azalıb.
Teqlər: