Dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək

Dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək
  17 Mart 2014    Oxunub:1248
Novruz bayramı günlərində - 20-27 mart tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi tətbiq ediləcək.
QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Eyni zamanda, iş adamlarının nəzərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.


Teqlər:





Xəbər lenti