Komitə 16 yaşlı qızın nişanlanmasının qarşısını aldı

   Komitə 16 yaşlı qızın nişanlanmasının qarşısını aldı
  21 İyul 2021    Oxunub:781
Bu gün Astara rayonunun Rudəkənar kənd sakini, 2005-ci il təvəllüdlü Sumayyə Məmmədovanın 30 yaşlı şəxslə nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.
Bunu Azvision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.

T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.


Azvision.az


Teqlər: Ailə   Komitə  





Xəbər lenti