Naxçıvanda yeni SES-in tikintisinə pul ayrıldı
Sərəncama əsasən “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.