Vyetnama neft satacağıq

Vyetnama neft satacağıq
  13 Mart 2014    Oxunub:1007
Azərbaycan iki illik müqavilə əsasında Vyetnama xam neft satacaq.
Azərbaycan iki illik müqaviləyə əsasən Vyetnama xam neft satacaq.

AzVision.az xəbər verir ki, asia.nikkei.com saytının məlumatına görə Vyetnamın Petrovietnam (PVN) şirkəti stabil təchizatını təmin etmək üçün növbəti iki il ərzində Azərbaycandan xam neft alacaqdır. Mart ayının əvvəlində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Petrovietnam Oil, “Binh Son Refining” və “Petrochemical” şirkətləri arasında alqı-satqı müqaviləsi imzalanıb.

2016-cı ilədək olan dövrü əhatə edən müqaviləyə əsasən, cari il ərzində Azərbaycan Vyetnama 3,5 milyon barel xam neft satacaq.

AzərTAc


Teqlər:  





Xəbər lenti