`Sənaye ili`nin tədbirləri təsdiqləndi
Sərəncama əsasən İqtisadiyyat və Sənaye Nazirliyi Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan müəyyən edilib.
“Sənaye potensialının gücləndirilməsi”, “Təşkilati tədbirlər”, “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi”, “Təbliğat və təşviqat işləri” bölmələrindən ibarət olan Tədbirlər Planında 2014-cü ildə aidiyyatı qurumlar tərəfindən görüləcək işlər müəyyən edilib.
“Sənaye ili” ilə əlaqədar görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması, KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərinin təşkili Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Azərbaycan Mətbuat Şurası cəlb olunmaqla İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.