11 min metrdən çox qazma işi görülüb

11 min metrdən çox qazma işi görülüb
  06 Mart 2014    Oxunub:1131
ARDNŞ ötən ay 11 min metrdən çox qazma işi görüb.
2014-cü ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 310 metr qazma işi həyata keçirib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-fevral aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 21802 metr qazma işi görülüb ki, bunun da 21 734 metri istismara, qalanı isə kəşfiyyata aid olub.





Teqlər:  





Xəbər lenti