Hüseyn Bağırov vətəndaşlarla görüşəcək

Hüseyn Bağırov vətəndaşlarla görüşəcək
  28 Mart 2013    Oxunub:1447
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov rayonlarda vətəndaşları qəbul edəcək
bu barədə AzVision.aza nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprel ayının 9-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Zərifə Əliyeva küçəsi 2) Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşların [email protected]” elektron poçt ünvanı, 168 saylı “Qaynar xətt”, həmçinin Nazirliyin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, 20 Yanvar küçəsi, 20-ci məhəllə, əlaqə tel: 0503692077 və 025-254-44-02) xahiş olunur.


Teqlər:





Xəbər lenti